Millimizin oyununda qazaxıstanlı hakimlər
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə oyunu üçün hakim təyinatları açıqlanıb.
Msport.az xəbər verir ki, görüş Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb .
Matçın FİFA referisi Sayatu Karabayev idarə edəcək.
Ona yan xətt hakimləri kimi Yuri Tixonyuk və Yevgeni Belski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Saken Bayımbet yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək Azərbaycan – Şotlandiya matçı saat 19:00-da başlayacaq.