featured-image-792

Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsindəki sonuncu rəqibi bəlli olub.

Msport.az xəbər verir ki,  C Liqasının 3-cü qrupunda mübarizə aparacaq komandanın adına Qazaxıstan və Moldova  arasında pley-off mərhələsinin cavab oyunundan sonra aydınlıq gəlib.

İlk qarşılaşmada 1:2 hesabı ilə uduzan moldovalılar ikinci görüşün əsas vaxtını öz xeyirlərinə başa vurublar – 1:0. Yeganə qolu 13-cü dəqiqədə İqor Armaş vurub.

İki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün əvvəlcə əlavə vaxt oynanılıb. Burada da tarazlıq pozulmadığı üçün penaltilər seriyasına müraciət olunub. Daha dəqiq oynayan (4:3) Qazaxıstan  yığması C Liqasındakı yerini qoruyub və millimizin rəqibi olub.

UEFA Millətlər Liqası, pley-off
Cavab oyunları
29 mart

Qazaxıstan – Moldova – 0:1 (PENALTİLƏRDƏ – 3:4)

Bənzər xəbərlər