featured-image-648

UEFA Millətlər Liqasında pley-off oyunlarına start verilib.

Msport.az-ın xəbərinə görə, ötən mövsüm C Liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş 4 komanda – Estoniya, Kipr, Moldova və Qazaxıstan D Divizionuna düşməmək uğrunda mübarizə aparırlar.

Moldova Kişineuda Qazaxıstanla üz-üzə gəlib. Meydan sahibləri ilk yarıda önə keçsələr də, fasilədən sonra qonaqlar iki qol vuraraq, əzmkar qələbə qazanıblar – 2:1. Qeyd edək ki, bu cütün qalibi Millətlər Liqasında yığmamızla eyni qrupda mübarizə aparacaq.

Estoniya yığması isə Tallində Kiprlə qolsuz heç-heçə edib.

Cavab qarşılaşmaları martın 29-da keçiriləcək.

UEFA Millətlər Liqası, pley-off
İlk oyunlar
24 mart

Moldova – Qazaxıstan – 1:2
Qollar: İon Nikolaesku, 45+1 – Sergey Malıy, 63. Vyaçeslav Posmak, 79 (öz qapısına)

Estoniya – Kipr – 0:0.

Bənzər xəbərlər