Millimizin rəqibində dəyişiklik - Baş məşqçi postu erməniyə tapşırıla bilər
Yığmamızın UEFA Millətlər Liqasındakı rəqibi Qazaxıstan seçməsi baş məşqçisiz qalıb.
Msport.az yerli mətbuata istinadən xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası Andrey Karpoviçlə müqaviləni uzatmamaq qərarına gəlib.
Baş məşqçi postuna ilk namizəd də müəyyənləşib. Federasiya rəhbərliyi Qazaxıstan millisinin sabiq baş məşqçisi Qriqori Babayana təklif göndərib.
Hazırda ÇSKA-da (Moskva) köməkçi məşqçi kimi fəaliyyət göstərən Ermənistan əsilli mütəxəssisin klubla sözləşməsi mayın sonuna qədərdir. Onun həmin vaxtdan Qazaxıstan yığmasının “sükanı arxasına” keçməsi gözlənilir. Babayan 2008-2014-cü illərdə də Qazaxıstan millisini çalışdırıb.
Azərbaycan millisi Millətlər Liqasında C liqasının 3-cü qrupu çərçivəsində ilk görüşünü Qazaxıstana qarşı keçirəcək. Oyun iyunun 3-də “Astana Arena”da keçiriləcək.