featured-image-40253

“Xviça üçün “Real”la oyun xüsusi idi. Ailəmdə məndən başqa hamı bu klubu dəstəkləyir”.

Msport.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliya “Napoli”də çıxış edən oğlu Xviçanın Çempionlar Liqasının qrup mərhələsinin V turunda İspaniyada “Real”a qarşı keçirdiyi matç barədə danışarkən deyib.

B.Kvaratsxeliya oğlunun “kral klubu”nda oynamaq istədiyini də gizlətməyib: “Bu, onun arzusu idi və əminəm ki, hələ də istəyir”.

Qeyd edək ki, Badri Kvaratsxeliya 2000-ci ildə üç dəfə Azərbaycan millisinin formasını geyinib. O, ölkəmizdə “Kəpəz” və “Şəmkir”in də şərəfini qoruyub.

Bənzər xəbərlər