featured-image-63077

Azərbaycan millisinin DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsindəki daha bir rəqibi müəyyənləşib.

Msport.az xəbər verir ki, Azərbaycan, Ukrayna və İslandiya komandalarının yer aldığı D qrupunun son iştirakçısı Fransa seçməsi olub.

Fransa yığması UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Xorvatiyanı üstələməklə buna nail olub. Komandalar arasında baş tutan hər iki matçı meydan sahibi olan tərəf 2:0 hesabı ilə üstün tamamlayıb. Parisdəki cavab qarşılaşmasının penaltilər seriyasında 5:4 hesablı qələbə qazanan Fransa yığması cütün qalibi olub.

 

Millimizin yer aldığı qrupun təqvimi ilə sizi tanış edirik:

 

5 sentyabr 2025

22:45. İslandiya – Azərbaycan

22:45. Ukrayna – Fransa

 

9 sentyabr

20:00. Azərbaycan – Ukrayna

22:45. Fransa – İslandiya

 

10 oktyabr

22:45. Fransa – Azərbaycan

22:45. İslandiya – Ukrayna

 

13 oktyabr

22:45. İslandiya – Fransa

22:45. Ukrayna – Azərbaycan

 

13 noyabr

21:00. Azərbaycan – İslandiya

23:45. Fransa – Ukrayna

 

16 noyabr

21:00. Azərbaycan – Fransa

21:00. Ukrayna – İslandiya

 

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Bənzər xəbərlər