Millimizin tarxində ilk
Azərbaycan millisi öz meydanında keçirdiyi ardıcıl iki yoldaşlıq oyununda uduzub.
Msport.az xəbər verir ki, bu, yığmanın 33 illik tarixində ilk belə seriyadır.
Fernandu Santuşun yetirmələri martın 22-də Haitiyə 0:3 hesabı ilə uduzub. Üç gün sonra Belarus 2 cavabsız qola sevinib. İlk rəsmi matçını 1992-ci ildə keçirən, ilk ev görüşünə bir il sonra çıxan millimiz öz meydanında heç vaxt ardıcıl iki yoldaşlıq oyununda uduzmamışdı.
Millimiz mart sınaqlarına qədər cəmi 30 dəfə evdə yoldaşlıq görüşünə çıxıb. Bu matçlarda cəmi 4 məğlubiyyət alınıb. 1996-cı ildə Türkiyə, 2009-cu ildə İspaniya, 2011-ci ildə Şimali Makedoniya, 2018-ci ildə Belarus Bakıdan qalib ayrılıb. Pireneylilər 6, digərləri 1 cavabsız qolla qələbə qazanıblar. Haiti buna nail olan 5-ci yığma oldusa, Belarus Azərbaycanda iki yoldaşlıq oyununda qalib gələn ilk rəqib kimi tarixə düşüb.
Qeyd edək ki, millimiz Haiti ilə Sumqayıtda, Belarusla Bakıda qarşılaşıb. İdman.biz