featured-image-65535

Qadınlardan ibarət Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.

Msport.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov UEFA Millətlər Liqasının seçmə mərhələsində Litva ilə keçiriləcək ev oyununa 24 oyunçu dəvət edib.

A millimizin heyəti belədir: Günay İsmayılova, Mehriban Şahməmmədova, Manə Mollayeva, Fidan Cəfərova, Vüsalə Seyfəddinova, Firəngiz Teymurova, Coşqunə Əliyeva, Ayşən Salamzadə, Xanım Əsədova, Alina Nəhmədova (hamısı “Neftçi”), Aytac Şərifova (“Hakkarigucu”, Türkiyə), Nərgiz Əliyeva (“Fatih Vətən”, Türkiyə), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Yeliz Acar, Peritan Bozdağ, Esra Manya (hamısı “Fatih Vətən”, Türkiyə), Kamilla Məmmədov (“Okjetpes”, Qazaxıstan), Jalə Məhsimova (“Amed Spor”, Türkiyə), Sevinc Cəfərzadə (“Krasnodar”, Rusiya) Ayşən Əhmədova, Milana Rəhimova (hər ikisi “Ünyepor”, Türkiyə), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi “Rubin Kazan”, Rusiya), Aysun Muradova (“Gölbaşı Belediye Spor”, Türkiyə).

Qeyd edək ki, yığmamız C Liqasının IV qrupu çərçivəsində mayın 30-da, saat 18:00-da, Bayıl stadionunda Litva yığması ilə qarşılaşacaq.

Bənzər xəbərlər