Millimizlə oyunda geyindiyi formanı hərraca çıxardı
Şimali Makedoniya millisinin futbolçusu Nikola Serafimov ötən il Azərbaycan yığmasına qarşı yoldaşlıq oyununda geyindiyi formanı hərraca çıxarıb.
Msport.az xəbər verir ki, hazırda “Fehervar” klubunda çıxış edən 24 yaşlı müdafiəçi bu addımı xeyriyyə məqsədilə atıb.
Satışdan əldə olunacaq gəlir Fehervardakı Uşaqları Müdafiə Mərkəzinə və “Alpha Aid Animal Hospital” fonduna bağışlanacaq.
Qeyd edək ki, ötən ilin noyabrında Skopyedə keçirilmiş oyun millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.