Millinin futbolçusu “Arsenal”a keçdi
İngiltərə millisinin futbolçusu Ezri Konsa karyerasını “Arsenal”da davam etdirəcək.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
28 yaşlı müdafiəçi 50 milyon avro qarşılığında “Aston Villa”dan “topçular”a keçir.
Qeyd edək ki, Ezri Konsa İngiltərə millisi ilə Avropa çempionatında (2024) gümüş, dünya çempionatında (2026) bürünc medal qazanıb.







