featured-image-79207

“Liverpul” danışıqları uğurla başa vuraraq “Osasuna”nın 22 yaşlı cinah oyunçusu Viktor Munyosla müqaviləni razılaşdırıb.

Msport.az xəbər verir ki, mersisaydlılar gözlənilmədən müqavilə bağlayıblar.

Baxmayaraq ki, “Nyukasl Yunayted” Munyosla bir neçə gündür aktiv danışıqlar aparırdı. “Qırmızılar”ın Munyosun müqaviləsinin şərtləri ilə şifahi razılaşdığı və onun 40 milyon avroluq müqaviləsinin alınması bəndini də aktivləşdirəcəyi bildirilir.

Munyos “Real Madrid”in gənclər sisteminin yetirməsidir. O, ötən mövsüm Pamplona klubunda 36 oyun keçirib, yeddi qol vurub və beş məhsuldar ötürmə edib. Oyunçu İspaniyanın DÇ-2026 heyətinin bir hissəsi olacaq. Transfermarkt-a görə futbolçunun dəyəri 30 milyon avrodur. Onun “Osasuna” ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Bənzər xəbərlər