Minifutbol yığmamız Bakıdakı dünya çempionatının finalında
Azərbaycan minifutbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.
Msport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Monteneqronu sınağa çəkib.
Qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da komandamız mundialın finalına vəsiqə qazanıb.
Həlledici görüş iyunun 1-də Macarıstana qarşı olacaq.