featured-image-62270

“Mahirlə heç bir problemim yox idi”.

Msport.az xəbər verir ki, bunu Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze deyib.

Almaniyalı mütəxəssis “Bild” nəşrinə açıqlamasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı münasibətini bildirib: “Mahirə qarşı kin saxlamırdım. Onunla yenidən danışdıq. Mahir bununla bağlı bəyanat da yaydı. Mən bunu çox müsbət hesab edirəm. Mahir hər şeyi düşünüb və yenidən əsas heyətə daxil olmaq istəyir. Bu, son bir neçə gündəki məşqdə də özünü büruzə verdi. Biz onda açıq-aydın inkişaf gördük”.

Qeyd edək ki, Mahir Emreli bundan əvvəlki 2 çempionat matçında iştirak ərizəsində yer almamışdı. O, yalnız II Bundesliqanın XXIV turunda “Hannover”lə görüşün (1:2) 77-ci dəqiqəsində meydana çıxıb.

Bənzər xəbərlər