featured-image-79005

Xorvatiya millisinin kapitanı Luka Modriç DÇ-2026-dan sonra futbolçu karyerasını başa vuracaq.

Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşım edib.

Onun sözlərinə görə, 40 yaşlı yarımmüdafiəçi artıq “Real” rəhbərliyi ilə razılığa gəlib ki, karyerasını bitirdikdən sonra klubda önəmli postlardan birini tutacaq.

Modriç 2012-2015-ci illərdə Madrid klubunda çıxış edib. O, “Real”da 6 dəfə Çempionlar Liqasını qazanıb, 2018-ci ildə isə “Qızıl top”a layiq görülən ilk xorvatiyalı futbolçu olub.

 

Bənzər xəbərlər