featured-image-78476

Xorvatiya millisinin və “Milan”ın yarımmüdafiəçisi Luka Modriç DÇ2026-dan sonra karyerasını bitirə bilər.

Msport.az xəbər verir ki, insayder Nikola Skira belə paylaşım edib.

40 yaşlı futbolçunun “Milan”la müqaviləsi iyunda başa çatır və o, anlaşmanı uzatmaq fikirində deyil.

Modriç 2018-ci ildə “Qızıl top”un sahibi olub. Həmin iil onun komandası Rusiyada keçirilən dünya çempionatında gümüş medal qazanıb. O, “Real”ın heyətində 6 dəfə Çempionlar Liqasını qazanıb.

Xorvatiya millisi DÇ-2026-da L qrupunda İngiltərə, Qana və Panama komandaları ilə mübarizə aparacaq.

Bənzər xəbərlər