featured-image-77426

“Milan”ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç əməliyyat olunub.

Msport.az xəbər verir ki, 39 yaşlı futbolçu İtaliya A seriyasının 34-cü turunda “Yuventus”la oyunda (0:0) zədələnib.

Modriç Milandakı La Madonina klinikasında əməliyyat olunub.

Futbolçu sol ziqomatik sümüyünün mürəkkəb çoxsaylı sınığını müalivə etmək üçün əməliyyata girib.

Komandanın həkimi Luka Autelianonun yerinə yetirdiyi əməliyyat uğurlu olub.

Modriçin dünya çempionatına kimi sağalması gözlənilir.

Bənzər xəbərlər