Modriç əməliyyat olundu
İtaliya A seriyasının son turunda “Yuventus”la görüşdə zədələnən “Milan”ın futbolçu Luka Modriç əməliyyat olunub.
Msport.az xəbər verir ki, üz sümüyündə qırıq aşkarlanan 40 yaşlı yarımmüdafiəçinin uğurlu əməliyyat keçirdiyi bildirilir.
Xorvatiya milllisinin kapitanının bu yay təşkil ediləcək dünya çempionatına qədər sağalacağı gözlənilir.
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç bu barədə fikirlərini bildirib: “Əminəm ki, onun sağalması plana uyğun gedəcək və Luka komanda kapitanı kimi bu yay bizi daha bir böyük turnirdə aparacaq”.
Qeyd edək ki, Xorvatiya millisi DÇ-2026-da L qrupunda İngiltərə, Qana və Panama ilə mübarizə aparacaq.







