Modriç Messiyə çatdı
Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç yığma komandada 198-ci oyununu keçirib.
Msport.az xəbər verir ki, bu, Sloveniya ilə yoldaşlıq oyununda (2:1) baş verib.
Modriç millidəki oyun sayı baxımından Lionel Messiyə çatıb, indi hər iki futbolçu 3-cü pilləni bölüşürlər. Milli komandada ən çox oyun keçirən futbolçu isə Kriştiano Ronaldudur. O, Portuqaliya seçməsində 227 oyunda meydan çıxıb.
Küveytin futbolçusu Bader Əl-Mutava 202 matçda milli formanı geyinib.
Qeyd edək ki, 40 yaşlı Modriç dünya çempionatında iştirak edəcək.







