Modriç “Milan”da qalır
Xorvatiyalı futbolçu Luka Modriç daha bir mövsüm “Milan”da çıxış edəcək.
Msport.az xəbər ki, 40 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddətinin 2026/2027 mövsümünün sonunadək uzadılması seçimi aktivləşəcək.
Rəsmi açıqlamanın bu il keçiriləcək dünya çempionatından sonra veriləcəyi gözlənilir. Modriç yenidən UEFA Çempionlar Liqasında oynamaq və karyerasını “Milan” kimi böyük klubda bitirmək niyyətindədir.
Qeyd edək ki, təcrübəli oyunçu cari mövsüm İtaliya A Seriyasında 2788 dəqiqə meydanda olub. Bu isə onun sabiq komandası “Real”da son beş mövsümün hər birindən daha çoxdur.







