featured-image-79461

Luka Modriç Panama ilə DÇ-2026-nın qrup mərhələsi oyununda Xorvatiya yığmasının start heyətində meydana çıxmaqla milli komandada 200-cü matçını keçirib.

Msport.az xəbər verir ki, L qrupunun qarşılaşmasında forma geyinən 40 yaşlı yarımmüdafiəçi futbol tarixində bu göstəriciyə çatan 4-cü oyunçu olub.

Hazırda millidə ən çox oyun keçirən futbolçu rekordu Kriştiano Ronaldoya məxsusdur. O, Portuqaliya yığmasında 230 matçda meydana çıxıb. Küveyt yığmasının üzvü Bader əl-Mutava (202) ikincidir, argentinalı Lionel Messi isə (201) üçüncüdür.

Qeyd edək ki, Xorvatiya – Panama matçı birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər xəbərlər