Modriç “Real”a qayıdacaq
Xorvatiya millisinin futbolçusu Luka Modriç karyerasını bitirdikdən sonra sabiq klubuna qayıdacaq.
Msport.az xəbər verir ki, hazırda “Milan”da çıxış edən 40 yaşlı yarımmüdafiəçi “Real”ın akademiyasında məşqçi olacaq. Modriç İspaniya klubunun prezidenti Florentino Peresin təklifini qəbul edib və hazırlıq kurslarına yazılmağı planlaşdırır.
Qeyd edək ki, Luka Modriçin “Milan”la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Klub sözləşmənin müddətini daha bir il artıra bilər.