featured-image-70429

“Monako” rəhbərliyi yeni baş məşqçi axtarışına başlayıb.

Msport.az xəbər verir ki, Adi Gyutter yaxın vaxtlarda istefaya göndərilə bilər.

Qərarın milli komandaların oyunları ilə bağlı fasilə dövründə veriləcəyi gözlənilir. Komanda uğursuz seriya keçirərək son beş oyunda cəmi bir qələbə qazanıb və Liqa 1-də beşinci yerə enib. Bu da məşqçi heyətinə təzyiqi artırıb.

Gyutter “Monako”ya 2023-cü ilin yayında rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında klub Fransa çempionatının bürünc mükafatçısı olub, həmçinin bir mövsümdə ikinci yeri tutub.

Bənzər xəbərlər