“Monako”da braziliyalı baş məşqçi
Braziliya millisinin sabiq üzvü Felipe Luis “Monako”nun yeni baş məşqçisi olacaq.
Msport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira paylaşım edib.
Knyazlıq klubu yaxın günlərdə hazırki baş məşqçisi Sebastyan Pokonyoli ilə vidalaşacaq. Felipe Luislə müqavilə 2028-ci ilə qədər olacaq.
40 yaşlı braziliyalı mütəxəssis buna qədər vətənində “Flamenqo”ya rəhbərlik edib.
“Monako” başa çatan mövsüm Liqa-1-də 7-ci yeri tutub və Konfrans Liqasında mübarizə aparacaq.







