featured-image-81575

“Monako” yarımmüdafiəçi Pol Poqba ilə müqaviləni qarşılıqlı razılıq yolu ilə pozub.

Msport.az xəbər verir ki. bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransalı futbolçunun müqaviləsi 2027-ci ilin yayına qədər idi.

Məşhur oyunçu 2025-ci ilin yayından “knyazlıq klubu”ndadır. O, bu müddət ərzində cəmi 6 oyunda meydana çıxıb.

Poqba əksər oyunları zədə səbəbindən buraxmalı olub. Fransa millisinin sabiq üzvü bu yaxınlarda İngiltərədə təlim-məşq toplanışı zamanı yenidən zədə alıb.

Bənzər xəbərlər