"Mourinyo "Real"a qayıtmaq istəyir" - Fabritsio Romano
“Real”ın prezidenti Florentino Peres Joze Mourinyonun kluba qayıtmaq istəyindən xəbərdardır.
Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, portuqaliyalı mütəxəssis yaxın çevrəsinə bildirib ki, Madrid klubundan ikinci şans almaq istəyir.
“Kral klubu” yaxın vaxtlarda baş məşqçisi ilə bağlı yekun qərar verəcək.
Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə “Real”ın baş məşqçisi olub. Madrid klubu onun rəhbərliyi altında İspaniya çempionatını, kubokunu və superkuboku qazanıb.
Mourinyonun “Benfika” ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.







