featured-image-2866

Joze Mourinyonun rəhbərlik etdiyi “Roma” Konfrans Liqasında finala vəsiqə qazanıb. Msport.az xəbər verir ki, İtaliya klubu yarımfinal mərhələsinin cavab matçında “Lester”i 1:0 hesabı ilə məğlub edib.

Portuqaliyalı mütəxəssis çalışdırdığı komandaları Çempionlar Liqasının (Portu və İnter), Avropa Liqasının (Mançester Yunayted) və Konfrans Liqasının (Roma) finalına çıxaran ilk məşqçi olub. Qeyd edək ki, bu finalların hamısında Mourinyonun komandaları qalib gəlib. Bundan başqa, 59 yaşlı mütəxəssisin rəhbərliyi altında “Portu” 2003-cü ildə UEFA kubokunu qazanıb.

“Roma” avrokuboklarda sonuncu dəfə 1990\91-ci illər mövsümündə final oynamışdı. Həmin vaxt “Roma” UEFA kubokunun finalında “İnter”ə uduzmuşdu – 0:2, 1:0.

Bənzər xəbərlər