Mourinyonun “Real”dan 5 tələbi
“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Real”a mümkün qayıdış şərtlərini açıqlayıb.
Msport.az xəbər verir ki, portuqaliyalı menecer klub prezidenti Florentino Pereslə danışıqlar zamanı beş tələb irəli sürüb.
Mourinyo iki illik müqavilə istəyir. Bundan əlavə, məşqçi fitnes üzrə mütəxəssis Antonio Pintusun işdən çıxarılmasını, tibbi heyətdə dəyişikliklər edilməsini və klub rəhbərliyinin məşqçilik məsələlərinə tamamilə müdaxilə etməməsini tələb edib.
Digər şərt isə mətbuat katibi vəzifəsinin tətbiqidir. Mourinyo bütün mətbuat konfranslarında iştirak etmək istəmir, çünki bu, onun “Real”dakı əvvəlki fəaliyyəti dövründə çoxsaylı qalmaqallara səbəb olub.
Joze Mourinyo 2010-cu ildən 2013-cü ilə qədər Madrid klubuna rəhbərlik edib. Bu müddət ərzində “Real” İspaniya liqasını, Kral Kubokunu və İspaniya Superkubokunu qazanıb.







