featured-image-79211

İtaliya A Seriyasının son çempionu “İnter”, “Real Madrid”in fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqanı yay üçün əsas transfer hədəfi seçib.

Msport.az xəbər verir ki, “İnter”in prezidenti Beppe Marotta ilə “Real”ın rəhbəri Florentino Peres arasında artıq ilk rəsmi təmaslar baş tutub.

Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyunun heyəti yenidən qurmaq və digər transferlərə büdcə yaratmaq üçün Kamavinqanın satışına razı olduğu bildirilir.

Futbolçu “Santiaqo Bernabeu”da qalıb forması uğrunda mübarizə aparmaq istəsə də, “İnter” bu keçidi bitirməkdə çox qərarlıdır.

Bənzər xəbərlər