featured-image-4565

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının “Real”la final oyunundan (0:1) sonra fikirlərini bildirib. Msport.az UEFA saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis təqvimdən gileylənib:

“Biz yaxşı oyun keçirdik. Amma 0:1 hesabı ilə uduzanda başa düşürsən ki, nəyisə kifayət qədər etməmisən. Mən uşaqlara dedim ki, fəxr edirəm. Lakin başa düçürəm ki, onlara daha çox vaxt lazım olacaq.

Komandamız əla mövsüm keçirdi. Qalib gələ bilmədiyimiz iki turnirdə biz çox az geri qaldıq.

Məğlub olanda hər şeyi analiz edib başa düşməyə çalışırsan ki, nəyi düzgün etməmisən. Mövsümdəki 65-ci matçda ən yaxşı oyununu göstərmək olar? Bilmirəm. Biz titulu qazana bilmədik, lakin bu, futbolun tərkib hissəsidir və həmişə belə olacaq. “Real” nə vaxtsa finalda uduzacaq, ancaq bu gün bu, baş vermədi”.

 

Bənzər xəbərlər