featured-image-80901

“Barselona”nın müdafiəçisi Alexandro Balde komandadan ayrılacağı ilə bağlı yayılan iddialara son qoyub.

Msport.az xəbər verir ki, 22 yaşlı futbolçu Kataloniya klubunda qalacağını təsdiqləyib.

Daha əvvəl İspaniya mətbuatında “Barselona” rəhbərliyinin Baldeni satmağa hazır olduğu barədə xəbərlər yayılmışdı. Lakin ispaniyalı müdafiəçi bu yay komandadan getməyəcəyini bildirib.

“Mən getmirəm. “Barselona” mənim evimdir. Bu klubdayam artıq 16 ildir, demək olar ki, bütün həyatımı burada keçirmişəm. Uğur qazanmaq istəyirəm və bütün fikrim bu komandadır”, – deyə Balde vurğulayıb.

Qeyd edək ki, Baldenin “Barselona” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. O, ötən mövsüm bütün turnirlərdə 42 oyunda meydana çıxaraq 3 məhsuldar ötürmə verib.

Bənzər xəbərlər