Mudrik yenə uzun müddət oynamayacaq
“Tottenhem”in ukraynalı futbolçusu Mixail Mudrik zədələnib.
Msport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin zədə səbəbindən 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Mudrik “Çelsi”dən “Tottenhem”ə 75 milyon funt sterlinq məbləğində satınalma şərti ilə icarəyə keçib. O, yeni komandasında yalnız 16 dəqiqə meydanda olub və Premyer Liqanın “Nottingem Forest”lə 0:0 hesablı oyununda sonradan meydana çıxıb.
Qeyd edək ki, Mudrik bundan əvvəl antidopinq qaydalarının pozulması ilə bağlı araşdırmaya görə 2024/2025 mövsümündən etibarən meydana çıxmırdı.







