Müllerlə yeni müqavilə imzalandı
“Bayern” hücumçusu Tomas Müllerlə yeni müqavilə imzalayıb.
Msport.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı futbolçu ilə yeni müqavilə 2024-cü ilə qədər nəzərdə tutulub.
Müller “Bayern”in yetirməsidir. Onun klubla əvvəlki müqaviləsi 2023-cü ildə başa çatırdı.
Müller bu mövsüm Almaniya Bundesliqasında 30 oyuna çıxıb, 7 qol vurub və 20 məhsuldar ötürmə edib.
“Bayern” bu mövsüm ardıcıl 10-cu dəfə Almaniya çempionu olub.