Mundiallar tarixində ikinci – qırmızı vərəqə sayında
Dünya çempionatının Meksika və CAR arasında keçirilən açılış matçında (2:0) braziliyalı hakim Vilton Sampayo matç zamanı üç qırmızı vərəqə göstərib.
Msport.az xəbər verir ki, iki qırmızı vərəqə CAR, biri isə Meksika oyunçusuna göstərilib.
Bu, DÇ-2006-da Portuqaliya və Niderland arasında keçirilən 1/8 final matçından bəri dünya çempionatları matçında ən yüksək qırmızı vərəqə sayıdır.
O zaman rusiyalı hakim Valentin İvanov oyunçulara dörd qırmızı vərəqə göstərdi – hər komandaya iki vərəqə.
Qeyd edək, DÇ-2022-də bütün çempionat ərzində dörd qırmızı vərəqə göstərilib.







