Mundiallar tarixində unikal rekord
İspaniya millisi dünya çempionatları tarixində unikal rekorda imza atıb.
Msport.az xəbər verir ki, son Avropa çempionu buna DÇ-2026-nın H qrupunun II turunun matçında Səudiyyə Ərəbistanını məğlub etdiyi oyunda nail olub.
İspaniya tarixdə 18 yaşda iki oyunçunun mundial matçında qol vurduğu ilk milli komanda olub.
Lamin Yamal (18 yaş 343 gün) ötən gün 4:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib. Daha əvvəl Qavi (18 yaş, 110 gün) 2022-ci ildə keçirilən turnirdə, Kosta-Rika ilə oyunda adını tabloya yazdırıb.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunacaq DÇ-2026 iyulun 19-da başa çatacaq.







