featured-image-39092

“Məyus deyiləm. Bu futboldur və bəzən belə də olur”.

Msport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və “Yurqorden” klubunun futbolçusu Musa Qurbanlı İsveç çempionatının XXVIII turunda səfərdə “Brommapoykarna” komandasına 2:1 hesabı ilə qalib gəldikləri oyunda erkən əvəzlənməsi barədə danışarkən deyib.

21 yaşlı hücumçu həmişə daha çox oynamaq istədiyini bildirib, amma baş məşqçinin də qərarına hörmətlə yanaşdığını vurğulayıb.

Qurbanlının sözlərinə görə, ən vacib olan komandanın qələbəsidir. “Qalib gələndə sevinməliyik. Mən hücumçuyam, ona görə də bəzən qol vurmayanda bir az çətin olur. Amma hələ gəncəm və başa düşürəm ki, vaxtım var. Sadəcə, işləməliyəm. Depressiyaya düşməməli və təslim olmamalıyam. Bu, prosesin bir hissəsidir və mən hər şeyin yaxşı olacağına İnanıram. Komandada yeniyəm və uyğunlaşmağa çalışıram və düşünürəm ki, bu nəticə verəcək. Həyat təslim olmamaq və davam etməkdən ibarətdir. Bu, mənim yolumdur. Mübarizəni davam etdirsəm, sonda istədiyimi əldə edəcəyəm”.

Qeyd edək ki, Musa Qurbanlı “Brommapoykarna” ilə matçın ilk hissəsindən sonra əvəzlənib.

Bənzər xəbərlər