“Musayevin keçənilkindən fərqli bir iş gördüyünü düşünmürəm” - Ponomaryov
“Bildiyiniz kimi, yayda aparıcı futbolçularımız getdi. Yenilərini dəvət etdik, onların komandaya qoşulması üçün vaxt lazımdır”.
Bu sözləri Msport.az saytına açıqlamasında “Sabah”ın idman direktoru İqor Ponomaryov deyib.
Komandanın cari mövsüm uğursuz çıxışı barədə danışan klub rəsmisi problemin adaptasiya ilə bağlı olduğunu bildirib: “Bir sözlə, yeni futbolçuların kollektivə uyğunlaşması lazımdır. Bu da bir qədər vaxt aparır”.
O, uğursuz nəticələrdə baş məşqçi Murad Musayevin günahının olmadığını söyləyib: “Onun keçənilkindən fərqli bir iş gördüyünü düşünmürəm. Fəaliyyətini eyni axarda davam etdirir. Futbolda bütün komandalar tənəzzül dövrü yaşayır”.
Ponomaryov klub rəhbərliyinin komandaya həqiqətən inandığını vurğulayıb: “Ümid edirik ki, komanda bu vəziyyətdən çıxacaq və mükafatlar uğrunda mübarizə aparacaq”.







