Musiala məşqləri bərpa etdi
FIFA Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində ağır zədə almış “Bavariya”nın yarımmüdafiəçi Camal Musiala məşqləri bərpa edib.
Msport.az xəbər verir ki, 22 yaşlı futbolçu yüngül qaçış edib və bəzi sadə məşq hərəkətlərini yerinə yetirib.
Almaniya millisinin üzvü dekabr ayında yaşıl meydanlara qayıtmağı planlaşdırır.
Qeyd edək ki, Camal Musiala iyulun 6-da PSJ ilə matçın gedişində rəqib qapıçı Cianluici Donnarumma ilə toqquşma nəticəsində ayağını sındırmışdı.