Musiala yenə meydanda huşunu itirdi
“Bayern”in yarımmüdafiəçisi Camal Musiala “Haydenhaym”la yoldaşıq oyununda (2:4) huşunu itirib.
Msport.az xəbər verir ki, futbolçu meydana daxil olduqdan bir neçə dəqiqə sonra özünü pis hiss edib.
Musiala 61-ci dəqiqədə oyuna girsə də, 69-cu dəqiqədə huşunu itirdikdən sonra əvəzlənib.
O, həkimlərin müşayəti ilə meydanı tərk edib.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi avqustun 15-də “Leyptsiq”lə yoxlama görüşündə də özündən getmişdi.
O zaman futbolçunun istidən özünü pis hiss etdiyi deyilmişdi.







