Musialanı istəyən Superliqa nəhəngi
“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala karyerasını Türkiyədə davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Qalatasaray” 23 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlarda sona yaxınlaşıb.
Keçidin icarə əsasında reallaşması nəzərdə tutulur.
Qeyd edək ki, Almaniya millisinin üzvünün “Bavariya” ilə müqaviləsi 30 iyun 2030-cu ilədək qüvvədədir.







