featured-image-81844

Müdafiəçi Romano Floriani Mussolini “Latsio”nun heyətində debüt edib.

Msport.az xəbər verir ki, Floriani Mussolini “Bolonya” ilə oyunun (1:0) 19-cu dəqiqəsində meydana daxil olub.

Futbolçu oyunun sonuna qədər meydanda olub və sarı vərəqə ilə də cəzalandırılıb. 23 yaşlı futbolçu Roma klubunun yetirməsidir. Floriani 1925–1945-ci illərdə İtaliyasının hökumət başçısı olmuş Benito Mussolininin nəticəsidir.

Maraqlıdır ki, Mussolini 1926-cı ilin oktyabrında “Bolonya”nın stadionunun açılışını şəxsən edib.

Bənzər xəbərlər