"Nail olduğumuzla kifayətlənməyəcəyik" - Şimali Makedoniyanın baş məşqçisi
Şimali Makedoniya milli komandasının baş məşqçisi Blaqoya Milevski əldə etdikləri ilə kifayətlənməyəcəklərini deyib.
Msport.az xəbər verir ki, o, Portuqaliya ilə DÇ-2022-yə vəsiqə verən pley-offun final oyunundan öncə mətbuat konfransında açıqlama verib:
“Biz dünyanın ən yaxşı komandalarından biri üzərində qələbə qazandıq və nail olduğumuzla kifyətlənməyəcəyik. Dünya çempionatına vəsiqə qazanmaq üçün bizə son addımı atmaq lazımdır. Artıq sübut edirik ki, Avropanın 20 ən yaxşı komandası arasına düşürük”.
Portuqaliya – Şimali Makedoniya oyunu martın 29-da Portuda olacaq. Qeyd edək ki, Şimali Makedoniya bndan öncə İtaliya üzərində 1:0 hesablı qələbə qazanaraq, “Skuadra Adzura”nı mundialdan kənrda qoydu.