featured-image-78658

“Napoli” Rasmus Xoylundun transfer hüquqlarına yiyələnib.

Msport.az xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu İtaliya klubunda icarə əsasında çıxış edirdi. O, ötən yaydan Neapol təmsilçisinin formasını geyinirdi.

Mətbuatın yazdığına görə, “Napoli” futbolçunun transfer hüquqlarına sahib olmaq üçün 44 milyon avro xərcləyib.

Danimarkalı forvard 2023-cü ilin avqustunda “Atalanta”dan “Mançester Yunayted”ə 79,8 milyon avroya transfer olunmuşdu.

23 yaşlı futbolçu başa çatan mövsüm A seriyasında 33 oyunda 12 qol vurub və 6 məhsuldar ötürmə verib.

 

Bənzər xəbərlər