featured-image-78202

Mövsümün sonunda “Napoli”nin baş məşqçi postunda dəyişiklik ola bilər.

Msport.az xəbər verir ki, insayder Canluka Di Marsio bu barədə məlumat yayıb.

Onun sözlərinə görə, klub rəhbərliyi Antonio Konte ilə müqaviləni qarşılıqlı razılıq yolu ilə pozmaq istəyir,

Neapol təmsilçisini gələcəkdə çalışdırmağa əsas namizəd Mauritsio Sarri sayılır. Artıq ilkin danışıqlar olub və “Napoli” rəhbərliyi təcrübəli mütəxəssisin yenidən komandaya qayıtmasının tərəfdarıdır.

Konte “Napoli”dən ayrılsa, İtaliya millisində işləyə bilər.

Qeyd edək ki, Neapol klubu çempionatın başa çatmasına 1 tur qalmış 2-ci yeri tutur və Çempionlar Liqasına vəsiqəni təmin edib.

 

 

Bənzər xəbərlər