featured-image-72125

“Napoli”nin futbolçusu Covanni Di Lorenzo Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ”a qarşı keçirdikləri matçdan danışıb.

Msport.az xəbər verir ki, 32 yaşlı müdafiəçi UEFA-nın rəsmi saytına bununla bağlı açıqlama verib:

“Son həftələrdə ən yaxşı səviyyəmizdə deyildik. Amma komanda olaraq birləşdik. Bu, geri dönmək üçün lazım olan amil idi. Son iki qələbəmiz bizim nələr biləcəyimizin sübutudur. Biz Çempionlar Liqasında qalibiyyətlər qazanmaq istəyirdik. Gözəl axşam yaşadıq”.

Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər