featured-image-6146

“Napoli” 3 futbolçusunun satışından 80 milyo avro qazanmağı hədəfləyir. Msport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu futbolçular Fabian Ruis, Dieqo Demme və Mateo Paletanodur.

Ruis artıq Neapol klubu rəhbərləyinə bu yay klubu tərk etmək istəməsi barədə xəbərdarlıq edib. “Arsenal” və “Mançester Yunayted” futbolçuya maraq göstərirlər. Yarımmüdafiəçinin “Napoli” ilə müqaviləsi gələn mövsümün sonunda başa çatır.

Demme və Palitanonun anlaşması isə 2023-2024 mövsümünün sonunda başa çatacaq. Demmeni “Valensiya” transfer etmək istəyir.

“Napoli” Palitano ilə maraqlanan “Milan”dan bu keçidə görə 20 milyon avro qazanmaq niyyətindədir.

Bənzər xəbərlər