featured-image-70870

“Napoli”nin prezidenti Aurelio de Laurentis maraqlı təkliflə çıxış edib. Msport.az xəbər verir ki, Neapol klubunun rəhbəri avrokubokların formatını dəyişməsinin və millilərdə gənc futbolçuların oynadılmasının vacibliyini səsləndirib:

“Futbol klublarının rəhbərləri dəyişmək istəmirlər. Çünki öz rahat yerlərini itirməkdən qorxurlar. Amma artıq oyun qaydalarını və liqa formatlarını dəyişməyin zamanı yetişib. Oyunlar həddən artıq çoxdur. Düşünürəm ki, futbolçular artıq mövsüm ərzində 50, 60 və ya 70 oyuna çıxa bilməyəcəklər.

Milli komandaların futbolçuları üçün yaş limiti tətbiq etmək lazımdır. 23 yaşdan sonra futbolçu daha millidə oynamamalıdır. Yeni istedadlara qapı açmaq gərəkir. Bu yolla biz daha yaşlı futbolçuların millilərin düşərgələrində zədələnmələrinin qarşısını almış olarıq”.

 

Bənzər xəbərlər