“Napoli” “Roma” üzərində qələbəni əldən verdi
Futbol üzrə İtaliya A Seriyasında 33-cü tura yekun vurulub.
Msport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Turun mərkəzi oyunu Neapol şəhərində keçirilib. Burada “Napoli” ilə “Roma” münasibətlərinə aydınlıq gətiriblər. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Atalanta” isə evdə “Verona”ya məğlub olub.
İtaliya A Seriyası, 33-cü tur
18 aprel
Napoli – Roma 1:1
Qol: İnsinye, 11-pen – El Şaaravi, 90+1.
Atalanta – Verona 1:2
Qol: Skalvini, 82 – Çekkerini, 45+2. Koopmeyners, 55-öz qapısına.
Bu nəticələrdən sonra “Napoli” 67 xalla 3-cü, “Roma” 58 xalla 5-ci, “Atalanta” 51 xalla 8-ci, “Verona” isə 48 xalla 9-cu pillədə qərarlaşıb.