Naqelsmann Sane haqqında: "Bilmirəm, son vaxtlar niyə zəif oynayır"
“Bayern Münhen”in baş məşqçisi Yulian Naqelsmann Leroy Sanenin son vaxtlar zəif oyamasından danışıb.
Msport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiçi son 7 oyunda nə qol vurub, nə də məhsuldar ötürmə verib: “Saneni həm futbolçu, həm də insan kimi çox bəyənirəm. Hamı bilir ki, onun əla keyfiyyətləri var. Leroy kifayət qədər təvazökardır, o, bilir ki, son vaxtlar yaxşı oynamır. Bimirəm, nəyə görə.
Sanenin karyerası ərzində enişi və yüksəlişi olub. Onu sonadək dəstəkləyirəm”.
Naqelsmann Almaniya Bundesliqasının “Ausburq”la son oyununda (1:0) Sanenin əvəzlənərkən əsəbi olmasına da münasibət bildirib: “Buna görə ona acıqlanmıram. Bu hadisəni şişirtməyə ehtiyac yoxdur.”
Sane bu mövsüm Bundesliqada 28 oyunda 7 qol vurub və yeddi məhsuldar ötürmə verib.