featured-image-2224

“Mançester Yunayted”in və Fransa millisinin sabiq müdafiəçisi Patris Evra çətin keçən uşaqlıq illərini xatırlayıb.

Msport.az BBC-yə istinadən xəbər verir ki, o, narkotik alıb-satdığını etiraf edib:

“Narkotik alveri edirdim. Supermarketlərin yanında dilənçilik edirdim. Onda 13 yaşım var idi. Hərdən zibil qablarına atılmış boyat burgerləri götürürdük. Atam bizi atıb gedəndən sonra hər şey xaos oldu. Məni futbol xilas etdi. 17 yaşım olanda İtaliyaya gəldim. Yadımdadır ki, gələn kimi bizə yemək verdilər. Sonra öz otağıma keçib idman formasında anama zəng vurdum: “Ana, bura lap cənnətdir. Bizə yemək verirlər, bir tərəfə iki çəngəl qoyurlar, o biri tərəfə iki bıçaq”. Bu həyatımın ən yaxşı xatirələrindəndir”.

 

Bənzər xəbərlər