featured-image-3065

Futbol üzrə Çexiya 2-ci divizionunda 28-ci turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Prosteyov”la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Fərid bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Viktoriya” 28 turdan sonra 12 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bənzər xəbərlər